525.Az

Sənətçilərimiz Almaniyadan qayıdıblar


 

Sənətçilərimiz Almaniyadan qayıdıblar<b style="color:red"></b> Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan qastrol səfərlərindən qayıdıblar.

Teatrın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, orkestrimiz Avropada ən mötəbər musiqi festivallarından olan Bavariya opera sənəti festivalın Qrand-Final konsetində iştirak edib. Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və M.Musayevin musiqiləri də olub.
 





14.08.2013    çap et  çap et