525.Az

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif etdi


 

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif etdi<b style="color:red"></b>

Azərbaycan Qırğızıstana turizm sahəsində birgə müəssisə yaratmağı təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 8-ci iclası zamanı çıxış edib.

Ölkələr arasındakı əməkdaşlıqdan danışan nazir müavini kənd təsərrüfatı sektorunda da qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan Qırğızıstan iqtisadiyyatna 18,8 milyon dollar, Qırğızıstan isə Azərbaycan iqtisadiyyatına 2 milyon dollar investisiya yerləşdirib.

 





18.10.2018    çap et  çap et