525.Az

Turizm Agentliyinin sədri: "Cəmiyyətdə turist axınına reaksiyalar müxtəlif oldu"


 

Turizm Agentliyinin sədri: "Cəmiyyətdə turist axınına reaksiyalar müxtəlif oldu"<b style="color:red"></b>

"Azərbaycan həmişə qonaqpərvər və tolerant olub. Buna baxmayaraq, cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlifdir. Buna görə də bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq".

Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir:

"Bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması, turistlərin ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. DTA tərəfindən də bu istiqamətdə addımlar atılacaq".

 





18.10.2018    çap et  çap et