525.Az

“İnstagram Azərbaycan” pullara görə üzr istədi


 

“İnstagram Azərbaycan” pullara görə üzr istədi<b style="color:red"></b>

İnstagram Azərbaycan yalnış informasiyaya görə üzr istədi.

Modern.az xəbər verir ki, “İnstagram Azərbaycan”ın rəsmi facebook səhifəsində məlumatın yalnış olduğu, heç də bu şəkillərin manatın 2014 dizaynı olmadığı bildirilir. “Əziz dostlar bir qədər əvvəl yerləçdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir. Heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik.”

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan yeni əskinazların üzərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotoları əks olunub. 1 manatlıq əskinasın üzərinə Üzeyir Hacıbəyovun, 5 manatın üzərində Nizami Gəncəvinin, 10 manatın üzərin isə Hacı Zeynalabdin Tağıyevin, 20 manatın üzərində Vaqifin, 50 manatın üzərindəYusif Məmmədəliyevin fotosu əks olunub. Yeni 100 manatın üzərində isə mərhum prezident Heydər Əliyevin fotosu canlanıb.

 





15.08.2013    çap et  çap et