525.Az

Yaxın Şərqdən gələn turistlər lüks istirahətə üstünlük verirlər


 

Yaxın Şərqdən gələn turistlər lüks istirahətə üstünlük verirlər<b style="color:red"></b>

Azərbaycana Yaxın Şərq ölkələrdən gələn turistlər bahalı otellərə, lüks istirahətə dadlı yeməklərə daha çox üstünlük verirlər.

Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib.

Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə daha çox regionları səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara getməyə üstünlük verirlər:

"Azərbaycan Turizm Bürosunun açılacaq nümayəndəlikləri bu strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər".

 

 





18.10.2018    çap et  çap et