525.Az

Zahid Oruc partiyadan çıxarılmasına münasibət bildirib


 

Zahid Oruc partiyadan çıxarılmasına münasibət bildirib<b style="color:red"></b>

“Artıq partiya sıralarından azad olduğumdan partiyadakılar öz qətiyyətli addımlarına istədikləri formada davam etsinlər. Onların mənim haqqımda çıxartdıqları qərar qətiyyən məni narahat eləmir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, deputat Zahid Oruc bu gün təmsil olunduğu Ana Vətən Partiyasının sıralarından xaric olunmasına münasibət bildirərkən deyib.
 
O qeyd edib ki, partiyanın qərarı onu qətiyyən narazı salmır: “Əksinə, bu o deməkdir ki, artıq mən azadam. Əzmlə, müstəqil formada proseslərdə daha aktiv iştirak edəcəyəm. Bu, artıq, yeni həyatın, yeni abzasın başlanması deməkdir. Bu mənada partiyanın qərarına mən tərəfdən heç bir hiddət, nifrət yoxdur. Onların aqressiyası vəziyyəti bu qərarın verilməsinə çatdırdı. Burada mənim üçün əlahiddə qəribə heç nə yoxdur. Əksinə, bununla artıq bu mövzuda mənim üçün mövzu qapandı”.
 
Z. Oruc eyni zamanda ona qarşı olanlara ismarış da ünvanlayıb: “Bundan artıq kəskinlik, bundan artıq xüsusi xarakterli hərəkətlər belə məni təbimdən, üslubumdan, stabil kursumdan heç vaxt çıxarmayacaq”.
 
Partiyanın onun haqqında ittihamlarına və partiya rəhbərliyi ilə gələcək münasibətləri barədə danışan Z. Oruc bildirib ki, bu dönəmdə o daha çox soyuqqanlı olmağa çalışacaq.

 





15.08.2013    çap et  çap et