525.Az

Mahmudəli Çöhrəqanlı Bakıya buraxılmadı


 

Mahmudəli Çöhrəqanlı Bakıya buraxılmadı<b style="color:red"></b>

Güney Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacir həyatı yaşayan lideri Mahmudəli Çöhrəqanlı Bakıya buraxılmadı.

Lent.az-ın məlumatına görə, M. Çöhrəqanlı Frankfurt-Bakı reysi ilə Bakı aeroportuna gəlib.

Onun qarşılamaq üçün Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabiq Rüstəmxanlı, DAK üzvləri, Bakıda yaşayan güneyli soydaşımız hava limanına gediblər.

Lakin M. Çöhrəqanlıya Azərbaycana daxil olmaq üçün viza verilməyib. O, oğlu ilə birlikdə deportasiya edilib.

 





16.08.2013    çap et  çap et