525.Az

BMT-dən Misirə çağırış


 

BMT-dən Misirə çağırış<b style="color:red"></b> Təhlükəsizlik Şurası Misirdə zorakılığı dayandırmağa çağırıb
 
 
BMT TŞ keçirdiyi qapalı toplantıda Misirdə zorakılığın dayandırılmasını istəyib. 
 
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Şuranın sədri Maria Kristina Perseval yığıncaqdan sonra deyib: «Şura üzvlərinin qənaətincə, Misirdə zorakılıq dayandırılmalı, tərəflər daha çox dözüm nümayiş etdirilməlidir».
 
Persevalın sözlərinə əsasən, ümumi istək zorakılığa son qoyulması və Milli barışığa yaxınlaşmaqdır.
 
O, jurnalistlərə bunları söyləyib: «Bundan sonra iş üzv dövlətlərin üstünə düşür».
 
***
03.06
BMT Təhlükəsizlik Şurası (TŞ) Misirdəki olaylarla bağlı təcili toplantı keçirib.
 
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, toplantı Britaniya, Avstraliya və Fransanın ortaq tələbi əsasında keçirilib.
 
Gecə saatlarında keçirilən yığıncaq mətbuat üçün qapalı olub.
 
BMT baş katibinin müavini Jan Eliasson şuranı Misirdə baş verənlərlə bağlı məlumatlandırıb.
 
Toplantıdan sonra mətbuat üçün açıqlama veriləcəyi gözlənilir.
 





16.08.2013    çap et  çap et