525.Az

Bakı meriyası Milli Şuraya "20-ci sahə"ni məsləhət gördü


 

Bakı meriyası Milli Şuraya "20-ci sahə"ni məsləhət gördü<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın paytaxtda avqustun 18-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Milli Şuradan APA-ya verilən məlumata görə, paytaxt rəhbərliyi mitinqin keçirilməsi üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin qarşısını məsləhət görüb.
 
Qeyd edək ki, bir qrup müxalifət təşkilatının təsis etdiyi Milli Şura avqustun 18-də saat 17.00-da Bakı şəhərində mitinq keçirilməsinə yer ayrılması üçün paytaxt rəhbərliyinə müraciət edib. Aksiya təşkilatçılarının Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubda metronun “Nəriman Nərimanov”, “Dərnəgül” stansiyalarının qarşısındakı meydanlar, “Təbriz” kinoteatrının qarşısı və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin qarşısındakı sahə mitinq keçirilməsi üçün istənilib.

 





16.08.2013    çap et  çap et