525.Az

CASCFEN-dən mühüm qərarlar


 

CASCFEN-dən mühüm qərarlar<b style="color:red"></b>

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib.

525.az-a qurumdan verilən məlumata görə, sədr Azər Həsrətin başçılığı ilə müavinlər Rey Kərimoğlu və Nadir Azəri, həmçinin İH üzvləri Nüşabə Hüseynli, Lalə Musaqızı, Qalib İbrahimoğlu və Elşad Paşasoyun qatıldığı toplantıda bir sıra mühüm qərarlar qəbul edilib. CASCFEN sədri Azər Həsrətin ötən bir ay ərzində görülən işlər haqqında hesabat məruzəsi ilə başlayan toplantıda quruma yeni üzvlərin qəbulu, Mətbuat Şurasına üzvlük, Türkiyə üzrə əlaqələndiricinin təyin edilməsi, həmçinin qurumun Azərbaycanın bölgələrində təmsilçilərinin təyin edilməsi məsələləri də müzakirə edilib.

Hər şeydən öncə quruma yeni üzvlərin qəbulu məsələsini müzakirə edən İH daxil olan 15 ərizənin hər birini ayrılıqda nəzərdən keçirməklə CASCFEN nizamnaməsinin 5.4 və 5.5-ci maddələrini rəhbər tutaraq yekdilliklə aşağıdakı şəxslərin üzvlüyə qəbuluna səs veriblər:

1. Şəmistan Əlizamanlı
2. İlqar Əlfioğlu – müstəqil jurnalist
3. İmran Bədirxanlı – İctimai TV və Radio yayımları şirkəti, böyük redaktor
4. Şakir Nadiroğlu – İctimai TV və Radio yayımları şirkəti, böyük redaktor
5. İlham Tumas – ATV, redaktor
6. Natiq Məmmədli – “Kaspi” qəzetinin baş redaktoru
7. Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru
8. Səhər Əhməd – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə
9. Pərviz Elay – “Millətçilik” qəzetinin baş redaktoru
10. Sevda Əskər – “Millətçilik” qəzetinin redaktoru
11. Könül Kamilqızı – “Səs” İnformasiya Agentliyinin müxbiri
12. Vasif Məmmədoğlu – “Ekspress” qəzetinin müxbiri
13. Ülviyyə Tahirağaqızı – “İxlas” Xəbər Agentliyinin (Türkiyə) müxbiri
14. İsmayıl Yaşaroğlu – rejissor

Bir nəfərin ərizəsi isə xarici ölkə vətəndaşı olduğu üçün baxılmamış qalıb.
CASCFEN-in Mətbuat Şurasına üzvlüyü məsələsinə gəlincə, qurum rəhbəri bunun sonuncunun sədrilə müzakirə edildiyini, sadəcə rəsmi qərar vermək üçün müraciətə gərək qaldığını deyib. İH üzvləri yekdilliklə CASCFEN-in MŞ-na üzvlüyü ilə bağlı qərara səs veriblər.

CASCFEN-in Türkiyə üzrə əlaqələndiricisinin təyin edilməsinə gəlincə, Azər Həsrət bildirib ki, bu ölkənin mediası ilə Azərbaycan ictimai rəyi yaxından maraqlanır və qurumun əlaqələndiriciyə ehtiyacı var. O, bildirib ki, həmin ölkə ilə yaxından maraqlana biləcək şəxs kimi sədr müavini Nadir Azərinin namizədliyini təklif edir. Təklif yekdilliklə qəbul edilib.
Toplantıda həmçinin CASCFEN-in Azərbaycanın bölgələrində təmsilçilərinin təyin edilməsi məsələsinə də baxılıb. Qərara gəlinib ki, bu istiqamətdə ilkin araşdırmalar aparılsın və növbəti toplantıların birində konkret təkliflər üzərində müzakirə açılsın.

 





08.10.2012    çap et  çap et