525.Az

Azərbaycan parlamentinin payız sessiyası sentyabrın 15-də başlayır


 

Azərbaycan parlamentinin payız sessiyası sentyabrın 15-də başlayır<b style="color:red"></b> Azərbaycan Milli Məclisi payız sessiyası öz işinə sentyabrın 15-də başlayacaq.
 
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.
 
Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaq.
 
A. Təvəkküloğlu onu da qeyd edib ki, parlamentin payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün akkreditə olmaq istəyən KİV sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim etməlidir.
 





16.08.2013    çap et  çap et