525.Az

YAP-dan Çöhraqanlı ilə bağlı açıqlama


 

YAP-dan Çöhraqanlı ilə bağlı açıqlama<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası, (YAP) Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Bakıdan geri qaytarılmasına münasibət bildirib.

Partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, Çöhrəqanlının sənədləri yerində olsaydı mütləq Azərbaycana buraxılardı: “Onun Bakıdan qaytarılması sənədlərindəki problemlərlə əlaqədar olub. Sənədləri qaydasında olsaydı onun Azərbaycana gəlməsində heç bir problem yoxdur. Hesab edirəm ki, kimliyindən aslı olmayaraq istənilən şəxsin sənədləri ilk növbədə qaydasında olmalıdır”.

YAP rəsmisi güneyli liderin siyasi məqsədlərlə geri göndərilməsi haqda xəbərlərin əsassız olduğunu deyib: “Bunların hamısı uydurmadır, heç bir siyasi məqsəd ola bilməz”.

Qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı ötən gecə oğlu ilə Bakıya səfərə gəlsə də onu viza problemi ilə əlaqədar geri qaytarılıb.

 





16.08.2013    çap et  çap et