525.Az

“Zara”nın sahibəsi dünyasını dəyişdi


 

“Zara”nın sahibəsi dünyasını dəyişdi<b style="color:red"></b>

Dünyaca məşhur geyim brendi “Zara”nın sahibəsi Rozalia Mera 69 yaşında dünyasını dəyişib.

Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, qızı ilə Minorka adasında istirahət edən Mera beyin qanaması keçirib.

İlk “Zara” mağazasını 1970-ci ildə İspaniyanın La Koruna əyalətində açan Rozalia daha sonra həyat yoldaşı ilə birlikdə ölkəsinin ən böyük hazır geyim firması olan “İnditex”i qurub. O, zamanla işini böyüdərək şirkətin maddi imkanını 21 milyard dollara qaldırıb.

“İnditex”in tərkibində “Zara”dan başqa “Massimo Dutti”, “Bershka” kimi məşhur 8 brend cəmlənib. Firmanın 86 ölkədə 6 min mağazası fəaliyyət göstərir. Rozalia Mera 5,5 milyard sərvəti ilə İspaniyanın ən zəngin qadını adına sahib idi.

O, öz sahəsi ilə yanaşı media, əmlak və biotexnologiya biznesi ilə də məşğul olub.

 





16.08.2013    çap et  çap et