525.Az

Gürcüstandan qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alındı


 

Gürcüstandan qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alındı<b style="color:red"></b>

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Wolksvagen Vento" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib.
 
Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

 





30.10.2018    çap et  çap et