525.Az

BMT-dən Xaşkaci çağırışı


 

BMT-dən Xaşkaci çağırışı <b style="color:red"></b>

BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet səudiyyəli jurnalist Camal Xaşkacinin qətlinin beynəlxalq ekspertlərin cəlb edilməsi ilə müstəqil araşdırılmasına çağırıb.

Trend-in məlumatına görə, bu barədə M.Baçeletin Cenevrədə verdiyi bəyanatında deyilir.

Bəyanatda deyilir: "Araşdırılmanın ortaya çıxan hər hansı siyasi mülahizələrdən asılı olmayaraq aparılması üçün dəlillərə və şahidlərə tam çıxışlarının təmin olunması ilə beynəlxalq ekspertlərin cəlb edilməsi çox yaxşı olardı".

Ali komissar "jurnalistin öldürülməsi barədə bütün həqiqəti" aydınlaşdırmaq Türkiyə və Səudiyyə Ərəbistanını araşdırmada əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

 





31.10.2018    çap et  çap et