525.Az

Milli Kitabxanada "Rasim Əfəndiyev-90" və "Əli Əmirli-70" sərgiləri


 

Milli Kitabxanada "Rasim Əfəndiyev-90" və "Əli Əmirli-70" sərgiləri <b style="color:red"></b>

Oktyabrın 30-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr vermiş görkəmli tədqiqatçı, alim, akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr edilmiş "Rasim Əfəndiyev-90" adlı sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanan sənət abidələrimizin aşkara çıxarılmasında böyük xidmətləri olan akademikin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi Azərbaycan və rus dillərində olan əsərləri, "Ön söz" yazdığı, tərtibçisi və redaktoru olduğu, haqqında yazılan kitablar, qəzet-jurnal materialları nümayiş olunur.

Eyni zamanda, Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, ssenarist Əli Əmirovun anadan olmasının 70 illiyi münasibətilə "Əli Əmirli-70" adlı sərgisi də açılıb.

Ziyarətçilər bir həftə davam edəcək sərgilərdə yazıçının müəllifi olduğu kitablar, redaktoru olduğu, "Ön söz" yazdığı və haqqında yazılmış əsərlər, eləcə də dövri mətbuat materialları ilə tanış ola biləcəklər.

 





31.10.2018    çap et  çap et