525.Az

Zambiyada 1,13 kq-lıq zümrüd tapıldı


 

Zambiyada 1,13 kq-lıq zümrüd tapıldı<b style="color:red"></b>

Şaxtaçılar Zambiyanın şimalında Kanem kəsiyində həcminə görə nadir zümrüd tapıblar.

Trend-in məlumatına görə, qiymətli daşın çəkisi 5655 karat və ya 1,13 kq təşkil edir.

Zümrüdə "İnkalamu" (bemba dilində "şir") adı verilib.

Qiymətli daşın bu ilin noyabrında Sinqapurda hərraca çıxarılacağı gözlənilir.

Xatırladaq ki, bu vaxta qədər ən böyük zümrüd (28 kq) 1974-cü ildə Braziliyada tapılıb.

 





31.10.2018    çap et  çap et