525.Az

Gənc qız sevgilisinin qanını tökdü


 

Gənc qız sevgilisinin qanını tökdü<b style="color:red"></b>

Bakının Binəqədi rayonunda gənc qız sevgilisinin qanını töküb.

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 8-də Binəqədi şossesində 20 yaşlı Lerik rayon sakini Seyranə İmanova mübahisə zəminində Xırdalan şəhər sakini Damət Mirzəyevi bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları S.İmanovanı saxlayıblar. Məlum olub ki, hər iki şəxs arasında sevgi münasibətləri var. Onlar arasında ötən gün Biləcəri qəsəbisindəki “Arzu” kafesinin yaxınlığında mübahisə düşüb və Seyranə bıçaqla sevgilisinin qarnından vurub.

Onu da əlavə edək ki, D.Mirzəyevin polisə onu bıçaqlayan şəxsin kimliyini deməməklə sevglisini məsuliyyətdən yayındırmaq cəhdi baş tutmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 





08.10.2012    çap et  çap et