525.Az

QHT.az saytı Mətbuat Şurasına üzv oldu


 

QHT.az saytı Mətbuat Şurasına üzv oldu<b style="color:red"></b>

Bu gün Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub.

İclasda bir neçə mətbu orqanın Mətbuat Şurasına üzvlük məsələsinə baxılıb. QHT.az saytı da Mətbuat Şurasına üzv qəbul olunub. Mətbuat Şurası İdarə Heyətinin üzvləri yekdilliklə saytın Mətbuat Şurasına qəbul edilməsinə səs veriblər və bununla bağlı qərar qəbul edilib.

Qeyd edək ki, QHT.az saytı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində yaradılıb. 2016-cı ildə sayt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi  ilə “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" layihəsi çərçivəsində inkişaf etdirilib.

Sayt 2017-ci ildən özü-özünü maliyyələşdirmə sistemi ilə fəaliyyətini davam etdirir.

QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq və vətəndaş cəmiyyətinin inkişafına tövhə verməkdir.

 





02.11.2018    çap et  çap et