525.Az

İsveçrə mətbuatında Azərbaycanla bağlı yazı


 

İsveçrə mətbuatında Azərbaycanla bağlı yazı<b style="color:red"></b>

İsveçrənin İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan swissinfo.ch saytı İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionun Azərbaycana səfərini işıqlandırıb

Modern.az xəbər verir ki, “Mauro Dell'Ambrogio Azərbaycana səfər edib” sərlövhəli yazıda bildirilir ki, 2018-ci il oktyabrın 29-30-da Azərbaycanda səfərdə olan dövlət katibi Azərbaycan tərəfi ilə təhsil, elmi araşdırmalar və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi barədə saziş imzalayıb.

Yazıda qeyd olunur ki, Mauro Dell’Ambrogionu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə peşə təhsili sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Dövlət katibinin sözlərinə görə, səfər  ticari imkanların öyrənilməsi məqsədilə federal müşavir Yohan Şnayder-Ammanın iyul ayında baş tutan iqtisadi missiyasının davamıdır. 

Daha sonra Mauro Dell’Ambrogionun təhsil naziri Ceyhun Bayramovla  görüşdə ali və peşə təhsili sahəsində məsələlərə dair müzakirələr apardığı vurğulanır. Azərbaycanda yerli iqtisadiyyatın şaxələndirilməsi üçün peşə təhsilinə böyük maraq göstərildiyi bildirilir.  İsveçrədən olan nümayəndə heyəti İsveçrənin bir neçə universiteti ilə saziş imzalayan ADA Universiteti, o cümlədən ABB laboratoriyası və “Holcim” şirkətinin təhsil mərkəzinin yerləşdiyi Bakı Ali Neft Məktəbini ziyarət etdiyi də yazıda qeyd olunur.

 





02.11.2018    çap et  çap et