525.Az

"Müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı deyiləm"


 

"Müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı deyiləm"<b style="color:red"></b>

“Mən ölkənin bütün orta məktəblərində müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı deyiləm. Ola bilər ki, hansısa məktəb müəllimlərin vahid forma geyinməsi məsələsini qaldırsın. Biz hələlik şagirdlərin vahid formaya keçməsi məsələsini dəstəkləyirik. Bu istiqamətdə iş aparırıq. Biz hələ bütövlükdə müəllimlərin vahid formaya keçməsi fikrini söyləməmişik”.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, hansısa məktəb direktoru və ya rayon təhsil şöbəsi müəllimləri vahid forma geyinməyə məcbur etməməlidir.

S.QARAYEVA

 





08.10.2012    çap et  çap et