525.Az

Məmmədyarov: "Azərbaycan ədalətsizlikdən əziyyət çəkir"


 

Məmmədyarov: "Azərbaycan ədalətsizlikdən əziyyət çəkir"<b style="color:red"></b>

Azərbaycan ədalətsizlikdən, o cümlədən, torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir.

E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.

 





05.11.2018    çap et  çap et