525.Az

Tofiq Quliyevin 100 illiyinə həsr olunan qala-konsert keçiriləcək


 

Tofiq Quliyevin 100 illiyinə həsr olunan qala-konsert keçiriləcək<b style="color:red"></b>

Noyabrın 7-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan birinci estrada mahnı müsabiqəsinin qala-konserti keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Həmçinin noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda müsabiqənin nəticələrinə həsr edilən mətbuat konfransı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi olacaq.

 





06.11.2018    çap et  çap et