525.Az

Gül və pul - Fikrət Qocanın şeiri


 

Gül və pul - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

- Ey mənim göyçək yarım,
Ömrümüz sonbahardı
Mənim ağbirçək yarım.
Dəlisov gəncliyimi
Bu gün yada salmışam.
Sənin üçün bir dəstə
Qızılgüllər almışam.
Yaman hirsləndi qarım:
- Eh... sən Allah, qoy görək
Biz yaşlı adamlarıq,
Gül-çiçək nəyə gərək.
Daha can o can deyil,
Gündə yüz havası var.
Dərmanı-davası var...
Bu puldu, xəzəl deyil.
- Doğrudur, xəzəl deyil,
Pul səndən özəl deyil.
- Yaşlı-başlı adamsan
Ehtiyat pulun olsun.
- Mən sənə gül aldım ki,
Pul sənin qulun olsun.
Sənə gül aldım ki, mən
Gül görüb üzün gülər...
Sən elə sözlər dedin,
Əlimdə soldu güllər.

04.11.2018

 





06.11.2018    çap et  çap et