525.Az

Sağlamlıq imkanları məhdud gənclər V Beynəlxalq Bakı Teatr Konfransında


 

Sağlamlıq imkanları məhdud gənclər V Beynəlxalq Bakı Teatr Konfransında <b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər.

Nazirlikdən verilən məlumata görə, "British Council" və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən, xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə reabilitasiyasına cəlb olunmaqla, burada müxtəlif peşələrə, o cümlədən, ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnirlər. Onların cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlər təşkil olunur, həmin gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensialları da dəstəklənir.

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərə iştirak imkanının yaradılması da bu məqsədə xidmət edir.

Cari ildə Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi vaxtdan (2013-cü ilin dekabr ayı) 1530 nəfər gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir.

C.ABASOV

 





07.11.2018    çap et  çap et