525.Az

Azərbaycanın “onlayn fikir bankı” yaradılacaq


 

Azərbaycanın “onlayn fikir bankı” yaradılacaq<b style="color:red"></b>

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasi keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətli inkişafa nail olunub.

O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İKT-nin xüsusi diqqət mərkəzində olduğunu və gələcək illərdə bu sahənin ölkə iqtisadiyyatında mühüm təkanverici amillərdən birinə çevriləcəyinə əminliyini ifadə edib.

Nazir qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədilə Azərbaycanın “onlayn fikir bankı”nın yaradılması istiqamətində aparılan işlər sürətləndirilməlidir.

BƏXTİYAR

 





08.10.2012    çap et  çap et