525.Az

Türkiyədən ABŞ-a PYD/YPG çağırışı


 

Türkiyədən ABŞ-a PYD/YPG çağırışı<b style="color:red"></b>

Türkiyə ABŞ-ı PYD/YPG terror təşkilatının dəstəyini dayandırmağa çağırır.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Nazirlər Kabinetinin iclasının yükunları üzrə bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun PYD/YPG barədə mövqeyi terrorçuluğa qarşı mübarizədə ikili standartların təzahürüdür: "Türkiyə terror təşkilatlarının "pis" və "yaxşıya" bölünməsini qəbul etməyəcək".

Mətbuat katibi qeyd edib ki, bizim NATO üzrə müttəfiqimiz olan ABŞ-dan gözləntimiz onların PYD və YPG ilə əməkdaşlığı tamamilə dayandırmalarıdır.

 





08.11.2018    çap et  çap et