525.Az

İstanbulda əməliyyat: 11 terrorçu saxlanıldı, 2 qadın axtarışdadır


 

İstanbulda əməliyyat: <b style="color:red">11 terrorçu saxlanıldı, 2 qadın axtarışdadır</b>

İstanbulun 3 rayonunda İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.
 
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat zamanı polisdən qaçmağa müvəffəq olmuş 2 qadının axtarışları aparılır.

Saxlanılanların kimliyi açıqlanmır.

Qeyd edək ki, noyabrın 5-də Türkiyənin 11 vilayətində İŞİD-ə qarşı aparılmış son əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı.

 





08.11.2018    çap et  çap et