525.Az

ADPU-da Bayraq gününə həsr edilən tədbir


 

ADPU-da Bayraq gününə həsr edilən tədbir <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İbtidai təhsil fakültəsi üzrə təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov bildirib ki, 9 Noyabr - Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür.

Bayraq - tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir. Azərbaycan xalqı zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə aparıb. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanıb.

Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi mütərəqqi və praqmatik siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Siz təşəbbüskar, kreativ və yenilikçisiniz. Sizə baxanda bir daha əmin oluruq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

S.QARAYEVA

 





08.11.2018    çap et  çap et