525.Az

Əlillərin müavinəti artırılacaq? - Rəsmi cavab


 

Əlillərin müavinəti artırılacaq? - <b style="color:red">Rəsmi cavab</b>

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb.

Trend-in məlumatına görə, nazir müavini bildirib ki, əlillər daim diqqət mərkəzindədir:
 
“Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir”.

İ.İsayev qeyd edib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir:

“Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda əlillər pensiya ilə yanaşı, müavinət də alırlar:
 
“Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə də işlər görüləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

 





08.11.2018    çap et  çap et