525.Az

Nizami Gəncəviyə verilmiş kəndin qalıqları tapılıb


 

Nizami Gəncəviyə verilmiş kəndin qalıqları tapılıb<b style="color:red"></b>

Gəncədə  Nizami Gəncəviyə hədiyyə edilmiş Həmənli kəndinin qalıqları aşkar edilib. Bu barədə Lent. az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov məlumat verib.
 
Məlumata əsasən,  Həmənli (Həmidünya) adlanan kənd Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair Nizami Gəncəviyə hədiyyə edilib. Arxeoloji qazıntılar zamanı məlum olub ki, tapılan kənd şairə bağışlanmış həmin kənddir.

Arxeoloq bildirib ki, Həmənli kəndinin Nizami Gəncəviyə verilməsi haqqında məlumatlar şairin əsərlərində də qeyd olunub. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə kəndə 5 kilometr uzunluğunda saxsı borularla su xətti çəkilib. Arxeoloji qazıntılar zamanı bu borular üzə çıxarılıb.
 
Bundan əlavə, ərazidə Nizaminin öz əsərlərində bəhs etdiyi “Şirin bulaq”, eləcə də bulaqdan təxminən 150 metr kənarda cəmi 7 qəbirdən ibarət olan qəbiristanlıq da aşkar edilib. Bir sözlə, qazıntılar zamanı aşkara çıxarılan Nizami dövrünə aid maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, ictimai binaların qalıqları onu deməyə əsas verir ki, tapılan kənd həqiqətən dahi Azərbaycan şairi Nizami Gəncəviyə bağışlanan Həmənli kəndidir. 

 





21.08.2013    çap et  çap et