525.Az

Mərkəzi Elmi Kitabxanada Bayraq günü ilə bağlı sərgi


 

Mərkəzi Elmi Kitabxanada Bayraq günü ilə bağlı sərgi <b style="color:red"></b>

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibətilə sərgi təşkil edilib.

Sərgidə kitabxananın fondlarında qorunan "Bayrağımız sarsılmaz" (Ü.Hacıbəyli), "Milli birlik" (M.Ə.Rəsulzadə), "Dövlət bayrağına münasibət qaydası" (Ə.Əhmədov), "Milli-mənəvi dəyərimiz" (A.Həsənov), "Fəthin yolu", "Azerbaydjanskaya Respublika 100", "Azərbaycan bayraqları", "Azərbaycan Respublikasının dövlət rəmzləri" (İ.Əliyev, E.Məhərrəmov) və digər kitablar nümayiş olunur.

Buradakı kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən "Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq MRY bazasında yerləşdirilib.

Sərgi noyabr ayının 16-dək davam edəcək.

 





08.11.2018    çap et  çap et