525.Az

“Cənub Qaz Dəhlizi” Aİ üçün xüsusi əhəmiyyət kəsb edir”


 

“Cənub Qaz Dəhlizi” Aİ üçün xüsusi əhəmiyyət kəsb edir” <b style="color:red"></b>

“Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı (Aİ) üçün xüsusi əhəmiyyət kəsb edir, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan isə Avropa ilə Asiya arasında əlaqələndirici rol oynaya bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun aparıcı mütəxəssisi Əliyar Əzimovun “Modern Diplomacy” nəşrindəki məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Aİ Azərbaycanla sıx əməkdaşlıq edir və bu ölkənin qaz layihələrinin reallaşdırılmasına ciddi dəstək göstərir. Geostrateji enerji siyasəti kontekstində Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri xüsusi əhəmiyyət daşıyır.

Aİ-nin enerji tədarükü marşrutlarının şaxələndirilməsi strategiyasından danışan müəllif vurğulayıb ki, bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsi böyük əhəmiyyət kəsb edir:

“Azərbaycan Transadriatik boru kəməri (TAP) vasitəsi ilə Cənubi Avropaya qaz tədarük edəcək və Aİ üçün mühüm regionlara tədarükləri genişləndirməyi planlaşdırır. Burada əsas məqam odur ki, əgər Türkmənistandan Avropaya Azərbaycan vasitəsilə qaz tədarükünü nəzərdə tutan Trans-Xəzər boru kəməri reallaşdırılsa, “Cənub Qaz Dəhlizi” Avropaya daha çox enerji ehtiyatları tədarük edə biləcək”.

Ə.Əzimov yazır ki, əgər “Cənub Qaz Dəhlizi” Avropaya ildə 16 milyard kubmetr qaz tədarük edəcəksə, Trans-Xəzər boru kəməri bu rəqəmi dəfələrlə artırmağa imkan verəcək.

 





08.11.2018    çap et  çap et