525.Az

Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü - Fotolar


 

Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü - <b style="color:red">Fotolar</b> Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Fonddan 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və türk dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verdi.

Tərəflər, həmçinin, qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğuladılar.

Sonda "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş" imzalanıb.
 





09.11.2018    çap et  çap et