525.Az

Azərbaycan bayrağı Ukraynanın ən hündür göydələninin fasadında


 

Azərbaycan bayrağı Ukraynanın ən hündür göydələninin fasadında <b style="color:red"></b>

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna nümayəndəliyi Azərbaycan Dövlət bayrağının 100 illiyinə həsr olunmuş təbrik tədbiri təşkil edib.

Şirkətin Ukrayna nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan bayrağının 100 illiyi münasibətilə Dövlət bayrağımız Ukraynanın ən hündür göydələninin - “Gulliver” Ticarət və əyləncə mərkəzinin fasadında əks olunub.

Ukraynanın bütün bölgələri üzrə SOCAR-ın bütün yanacaqdoldurma şəbəkələrində, eləcə də şirkətin rəsmi internet saytında Azərbaycan bayrağının ölkənin həyatında böyük qələbələr və mühüm hadisələrin simvolu olduğu vurğulanıb.

 





09.11.2018    çap et  çap et