525.Az

Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı günü


 

Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı günü <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağınla məsud yaşa” ədəbi-bədii kompozisiya göstərilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib.

İncəsənət fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və BXA-nın professor-müəllim, tələbə heyətinin qatıldığı tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək 9 noyabr tarixini dövlətimiz üçün möhtəşəm bir hadisə kimi qiymətləndirib: “Azərbaycan dövlət bayrağının ilk dəfə dalğalanmasından 100 il ötür. Bu münasibətlə bütün azərbaycanlıları təbrik edirəm”. S.Sadıxbəyova tədbir iştirakçılarına Azərbaycan bayrağının keçdiyi şanlı tarixindən də məlumat verib.

Daha sonra İncəsənət fakültəsinin dekanı, dosent Aygül Hüseynova da öz çıxışında bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik ucalıq rəmzi olduğunu söyləyib. A. Hüseynova qeyd edib ki, Azərbaycanda da bayrağa bu cür münasibət bəslənir və bunun üçün BXA-da təhsil alan tələbələrə hər zaman vətənpərvərlik ruhu təbliğ olunur.

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıxov da çıxış edərək 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tələbə və müəllim heyətini təbrik edərək Azərbaycan dövlətçiliyinin böyük mirası olan üçrəngli bayrağın yaranma tarixi haqqında məlumat verib.

Sonra tədbirin bədii hissəsində BXA-nın prorektoru, Xalq artisti Təranə Muradovanın tələbələrinin hazırladığı müxtəlif musiqi nömrələri və şeirlər səsləndirilib, tələbələrin ifasında “Cəngi”, “Qarabağ yallısı” rəqsi nümayiş olunub.

Şahanə MÜŞFİQ

 





09.11.2018    çap et  çap et