525.Az

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1800-dən çox müraciət daxil olub


 

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1800-dən çox müraciət daxil olub<b style="color:red"></b>

Cari ilin oktyabr ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti və bu sahədə dövlət tənzimlənməsi məsələləri, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 81 mindən çox müraciət daxil olub.

C.ABASOV

 





09.11.2018    çap et  çap et