525.Az

Mədəniyyət Nazirliyinin əməkdaşları Orxan Kamal Xalq Kitabxanasında


 

Mədəniyyət Nazirliyinin əməkdaşları Orxan Kamal Xalq Kitabxanasında <b style="color:red"></b> Noyabrın 8-də İstanbulda Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərovla şöbənin aparıcı məsləhətçisi Xəyal Məmmədov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Orxan Kamal Xalq Kitabxanasının müdiri Süheyla Acarla görüşüblər.

Süheyla Acar nazirliyin əməkdaşlarını kitabxananın oxu zalı, kitab fondu, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və kartoteka sistemi ilə tanış edib.

Daha sonra Aslan Cəfərov Azərbaycan kitabxanalarının və nəşriyyatlarının iş sistemi, kitabların qorunub saxlanılması, dövriyyəsi haqqında məlumat verib.

Görüşdə hər iki ölkənin kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın yaradılması, kitab mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

R.ƏHMƏDOV
 





09.11.2018    çap et  çap et