525.Az

Hindistan İrandan neft idxalı imkanlarını araşdırır


 

Hindistan İrandan neft idxalı imkanlarını araşdırır<b style="color:red"></b>

Hindistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan güzəştlər əldə etdikdən sonra İslam Respublikasından neft idxalı imkanlarını araşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Rəviş Kumar bildirib.

“ABŞ-ın Hindistanın enerji təhlükəsizliyinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və alqışlayırıq. Ölkəmiz İranın xam neftinin iri idxalçılarındandır və bu, enerji təhlükəsizliyimiz baxımından çox əhəmiyyətlidir. ABŞ-ın tətbiq etdiyi istisna halları araşdırırıq”, - o qeyd edib.

XİN rəsmisi ABŞ-la əldə olunmuş, İrandan neft idxalını davam etdirməyə imkan verən razılaşmanın təfərrüatını açıqlaya bilməyəcəklərini də diqqətə çatdırıb.

 





10.11.2018    çap et  çap et