525.Az

Tramp Paris Sülh Forumunda iştirak üçün Fransaya səfər etdi


 

Tramp Paris Sülh Forumunda iştirak üçün Fransaya səfər etdi <b style="color:red"></b>

Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi çərçivəsində 11-13 noyabr tarixlərində 1-ci Paris Sülh Forumu keçiriləcək.

Trend-in məlumatına görə, ABŞ Prezidenti Forumda iştirak etmək üçün Parisə səfər edib.

98 xarici nümayəndə heyəti və 72 dövlət və hökumət rəhbəri Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi münasibəti ilə təşkil olunan anım tədbirinə və Sülh Forumuna qatılacaq.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Paris Sülh Forumu təşəbbüsünü irəli sürüb.

 





10.11.2018    çap et  çap et