525.Az

Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində sərgi keçiriləcək


 

Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində sərgi keçiriləcək<b style="color:red"></b>

Noyabrın 16-da Müasir İncəsənət Muzeyi əsaslı təmirdən sonra açılış münasibəti ilə Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 110-ilik yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı sərgiyə dəvət edir.

Muzeydən Trend-ə verilən məlumata görə, “Cizgi təranəsi” adlı sərgidə rəssamın heç vaxt sərgilənməmiş şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq.

Sərgiyə gələn qonaqlar dahi sənətkar Səttar Bəhlulzadənin 130-dan çox nadir əsərlərindən ibarət ekspozisiyaya tamaşa edə bilərlər.

Sərgi iki ay müddətində açıq olacaq.

Səttar Bəhlulzadə Azərbaycan təbiətini tərənnüm edən və əsasən, öz böyük, lirik mənzərələri ilə tanınan Azərbaycan rəngkarıdır. O, müasir Azərbaycan mənzərə rəngkarlığının, eləcə də Azərbaycan impressionizminin yaradıcılarından sayılır.

 





11.11.2018    çap et  çap et