525.Az

Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina etdi


 

Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina etdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi "Bois Belleau" qəbristanlığına getməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə BFMTV Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib.

O, Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçirilən foruma dünyanın bir neçə ölkəsinin dövlət başçısı qatılacaq.

 





11.11.2018    çap et  çap et