525.Az

Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək


 

Avropa Şurası baş katibinin müavini Azərbaycana gələcək<b style="color:red"></b>

Avropa Şurası Baş katibinin müavini Qabryella Battaini-Draqoni (Gabriella Battaini-Dragoni) noyabrın 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

“Report“un Qərbi Avropa bürosunun məlumatına görə, o, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) İcraçı Komitəsi və Yaradıcı Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) 1999-cu ildə yaradılıb. Təşkilatın əsas fəaliyyəti dopinqsiz idmanın inkişafı etdirilməsi uğrunda çalışmaq, bu məqsədlə elmi tədqiqatlar aparmaq, dünya ölkələri arasında bu sahədəki qanunların eyniləşdirilməsinə nail olmaqdan ibarətdir.

 





11.11.2018    çap et  çap et