525.Az

KİV: "Ər-Riyad Qaşıqçı işi üzrə Ankaradan güc strukturları əməkdaşlarının verilməsini istəyəcək"


 

KİV: "Ər-Riyad Qaşıqçı işi üzrə Ankaradan güc strukturları əməkdaşlarının verilməsini istəyəcək"<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Türkiyədən jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərlə əlaqəli ola bilən təhlükəsizlik qüvvələrinin əməkdaşlarının verilməsini tələb etmək niyyətindədir.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın məhkəmə sistemindəki mənbələr Erem News xəbər portalına bildirib.

Məlumata görə, rəsmi Ər-Riyad qətldə təqsirləndirilərək saxlanılan şəxslərin dindirilməsi zamanı adları çəkilən yüksək vəzifəli güc strukturları əməkdaşlarının siyahısını Türkiyəyə təqdim etmək üçün hazırlayır.

Rəsmi Ər-Riyad və Ankara bu məlumatı hələlik şərh etmir.

 





11.11.2018    çap et  çap et