525.Az

Azərbaycan İstanbuldakı Beynəlxalq Kitab Sərgisində


 

Azərbaycan İstanbuldakı Beynəlxalq Kitab Sərgisində <b style="color:red"></b>

İstanbulda XXXVII Beynəlxalq Kitab Sərgisi keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, hər il iki milyona yaxın insanın qatıldığı sərginin keçirilməsi artıq ənənə şəklini alıb.

Bu il də sərgidə 20-dən çox ölkənin 1000-ə yaxın tanınmış nəşriyyatları öz nəşrlərini sərgiləyir, məşhur yazarlar üçün imza günü təşkil edərək, oxucuları ilə görüşdürüblər. Azərbaycan sərgidə 11-ci dəfədir ki, yüksək səviyyədə təmsil olunur. Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə qurulmuş stenddə Azərbaycanın cumhuriyyət tarixinə, mədəniyyətinə, turizm imkanlarına, ədəbiyyatına aid 400 addan çox, 800 nüsxəyə yaxın Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları sərgilənib. Azərbaycan stendində Qarabağa həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Bundan başqa, bölmədə "Kaspi” nəşrləri seriyasından çap edilən kitablar da sərgilənib.

Kitabseverənlərin böyük maraqla izlədiyi milli pavilyonda eyni zamanda Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Unudulmaz bəstəkar Qara Qarayev” və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti - 100. Biblioqrafiya” kitablarının təqdimatı olub. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Mədəniyyət Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş Şöbəsinin müdiri Aslan Cəfərov, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika Kafedrasının müdiri Anar İsgəndərov və Türksoyun baş katibi Düsen Kaseiov dünya şöhrətli bəstəkar Qara Qarayevin həyatından və yaradıcılığından bəhs edən nəfis tərtibatlı kitabın dünya musqisinə və kitabsevərlər böyük hədiyyə olaraq dəyərləndiriblər.

Xatırladaq ki, Azərbaycana aid nəşrlər ötən ilin noyarında da 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilib.

 





11.11.2018    çap et  çap et