525.Az

Ərdoğan Trampla söhbət etdi


 

Ərdoğan Trampla söhbət etdi <b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, iki ölkə lideri Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə yanaşı oturublar.

Məlumata əsasən, ziyafət zamanı prezidentlər arasında qısa söhbət olub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Fransaya Birinci Dünya Müharibəsinin 100 illiyi münasibəti ilə tədbirdə iştirak etmək üçün səfərə gəlib.

 





11.11.2018    çap et  çap et