525.Az

Yaponiyada turistlərə Wi-Fi vasitəsi ilə nəzarət edəcəklər


 

Yaponiyada turistlərə Wi-Fi vasitəsi ilə nəzarət edəcəklər<b style="color:red"></b>

Yaponiyanın Kioto şəhərində turistlərin sayını proqnozlaşdıran, ona nəzarət edən, həmçinin məşhur məkanlarda ziyarətçilər axınını idarə edən yeni sistem yoxlanışdan keçiriləcək.

Trend-in "The Japan Times"a istinadən verdiyi məlumata əsasən, bu ölkənin turizm nazirliyi və Turizm Assosiasiyasının pilot layihəsidir.

Layihə populyar məkan Arasiyama üçün nəzərdə tutulub. Arasiyama orta əsrlərdən gözəl mənzərələri ilə məşhurdur.

İlk dəfə Arasiyamanın 8 rayonunda "tıxac" proqnozları onlayn rejimdə, aktiv Wi-Fi siqnallarını izləyən ötürücülər əsasında yenilənəcək.

 





11.11.2018    çap et  çap et