525.Az

"Sumqayıt"ın baş məşqçisi istefa verdi


 

"Sumqayıt"ın baş məşqçisi istefa verdi<b style="color:red"></b>

"Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefa verib.

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün klubun Müşahidə Şurasına müraciət edib.

N.Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.

Nazim Süleymanov bu ilin iyununda “Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb.

Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda “Keşlə”yə 1:4 hesabı ilə uduzub.

 





12.11.2018    çap et  çap et