525.Az

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları - Video


 

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları - <b style="color:red">Video </b>

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədi ilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.

 





12.11.2018    çap et  çap et