525.Az

Binəqədi “Hər ailə ağac əksin” aksiyası


 

Binəqədi “Hər ailə ağac əksin” aksiyası <b style="color:red"></b>

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hər ailə ağac əksin” şüarı altında başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda da keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, aksiya Binəqədidə 99 nömrəli orta məktəbin qarşısında baş tutub. Tədbir çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılıb.

Aksiya hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

 





12.11.2018    çap et  çap et